Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Könüllünün uğur hekayəsi” layihəsinə start verib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində keçiriləcək müsabiqədə gənclər könüllülüklə bağlı hekayələrini “Könüllünün uğur hekayəsi” başlığı altında ilhama.gasimzade@gmail.com ünvanına göndərə bilərlər.
Layihə rəhbəri İlhamə Qasımzadə 10 ən yaxşı hekayənin bir nəşrdə toplanaraq ictimaiyyətə təqdim olunacağını bildirib. Həmçinin, layihə çərçivəsində gənclərin könüllü fəaliyyətinə həvəsləndirilməsi, o cümlədən onların yerli və beynəlxalq könüllülük proqramları haqqında məlumatlandırılması üçün “Könüllü ol!” mövzusunda seminar keçiriləcək.