“Vətən qeyrəti” sənədli filmi məktəblilərə nümayiş olunub

“Vətən qeyrəti” sənədli filmi məktəblilərə nümayiş olunub
19:33 15 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sabunçu rayonundakı 113 nömrəli orta ümumtəhsil məktəbində Milli Qəhrəman Yelmar Edilova həsr edilmiş “Vətən qeyrəti” sənədli filminin təqdimatı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazirliyin kinematoqrafiya şöbəsinin kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə ekran əsəri barədə məlumat verib.
Bildirilib ki, "Salnamə" və "Yaddaş" studiyalarında dövlət sifarişi ilə ekranlaşdırılan Milli Qəhrəmanlar haqqında filmlər Bakı və Sumqayıtda, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz və digər rayonlarında ictimaiyyətə təqdim edilib. Nazirliyin sifarişi ilə Milli Qəhrəmanlara həsr edilən 40-dan artıq film ərsəyə gətirilib.
Vurğulanıb ki, bu gün isə Yelmar Edilova həsr edilən filmin ilk nümayişidir. Filmin rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Rəfiqə Məsuddur.
Məktəbin direktoru Rövşən Qasımov bildirib ki, Milli Qəhrəmanlarımız haqqında sənədli filmlərin məktəblərdə nümayişi yeniyetmələrdə vətənpərvərlik ruhunun daha da güclənməsinə xidmət edir. Sevindirici haldır ki, bu gün də qəhrəmanlarımız unudulmur, onların vətənpərvərlik hissləri filmlərə köçərək gələcək nəsillərə ötürülür.
Sonra “Salnamə” sənədli filmlər studiyasında istehsal edilən film nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən ssenari müəllifi Rəfiqə Məsud Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolu haqqında şagirdlərə məlumat verib. Bildirilib ki, film Azərbaycan gəncləri üçün bir nümunədir.
Qeyd edək ki, Elmar Edilov Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və ölkə başçısının müvafiq Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR