​Bilik Fondunun təşkilatçılığı ilə 20 Yanvar şəhidləri anılıb

​Bilik Fondunun təşkilatçılığı ilə 20 Yanvar şəhidləri anılıb
19:52 15 Yanvar 2016
26 Sosial
Ölkə mətbuatı
A- A+


Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri olub.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Tədbirdə Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, Azərbaycan Universitetinin rektoru, professor Fərid Əhmədov, "SƏS Media Qrup"un rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, universitetin tələbə və müəllim heyəti, ziyalılar iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixinə şərəflə yazıldığını deyib.
Professor bildirib ki, xalqımızın yaddaşında əbədi qalacaq 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru çığır açılıb. 
Tədbirdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, professor Bəhrəm Zahidov və şöbə müdiri professor Rəna Mirzəzadə çıxış ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/bilik-fondunun-teskilatciligi-ile-20-yanvar-sehidleri-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR