Türkiyə Prezidenti Sultan Əhməd meydanında həlak olmuş insanların xatirəsini yad edib

Türkiyə Prezidenti Sultan Əhməd meydanında həlak olmuş insanların xatirəsini yad edib
19:53 15 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 15 yanvar, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup hökumət nümayəndəsinin müşayiəti ilə yanvarın 12-də İstanbuldakı Sultan Əhməd meydanında törədilmiş terror aktı nəticəsində həlak olmuş insanların xatirəsini yad edib. O, qanlı hadisənin baş verdiyi yerə güllər düzüb.
Xatırladaq ki, terror aktı nəticəsində əksəriyyəti almaniyalı turistlər olmaqla 10 nəfər həlak olub, 15 nəfər yaralanıb.
 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Prezidenti_Sultan_Ahmed_meydaninda_helak_olmus_insanlarin_xatiresini_yad_edib-918941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR