Əlli məktəbdə gənclərin çağırışaqədərki hazırlıq kabineti yaradılıb

Əlli məktəbdə gənclərin çağırışaqədərki hazırlıq kabineti yaradılıb
19:53 15 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Ötən il Təhsil Nazirliyi tərəfindən pilot layihə çərçivəsində 50 ümumi təhsil məktəbində müasir tələblərə cavab verən gənclərin çağırışaqədərki hazırlıq kabineti yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesi genişləndirilir. Məktəblərə verilmiş “Labdisc” avadanlığı proqram təminatı sayəsində Azərbaycan dilini dəstəkləyir və “Windows”la Android istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kimya və biologiya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb. İlk dəfədir ki, ümumi təhsil məktəbləri üçün belə avadanlıq alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alli_mektebde_genclerin_chagirisaqederki_hazirliq_kabineti_yaradilib-918940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR