Lənkəranın Liman şəhərinin sakinləri ilə görüş keçirilib

20:08 15 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 15 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 15-də Lənkəranın Liman şəhərində sakinlərlə keçirilən görüşdə şəhər icra hakimiyyəti başçısı aparatının, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Bəxtiyar Səfərov, Liman bələdiyyəsinin sədri Çingiz Əsədullayev, Liman Şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı, şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov, Qunbaşı kənd məktəbinin müəllimi Şakir Qasımov çıxışlarında şəhərdə həyata keçirilən quruculuq işlərindən danışıblar.
Çıxış edənlər Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti müdafiə etdiklərini vurğulayaraq, dövlətimizin başçısının ardıcıl səyləri ilə möhkəmlənmiş siyasi sabitliyi, əmin-amanlığı hər hansı qüvvənin poza bilməyəcəyini, Azərbaycan xalqının heç vaxt buna imkan verməyəcəyini diqqətə çatdırıblar.
Görüşdə Liman şəhər xəstəxanası və şəhər 2 nömrəli tam orta məktəb üçün yeni binaların tikintisi, xəstəxanaya təcili tibbi yardım maşınının ayrılması, uşaq bağçalarının əsaslı təmiri, şəhər stadionu üçün yerin müəyyən edilməsi, avtobus dayanacaqlarının quraşdırılması, bazarın və avtovağzalın inşası, içməli su xəttinin çəkilməsi, məhəllə yollarının təmiri, əhalinin məşğulluğu və digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Lənkəran sürətlə inkişaf edərək, respublikamızın ən yaraşıqlı şəhərlərindən birinə çevrilib. Liman şəhəri də bu qayğıdan bəhrələnərək daha da abadlaşıb. Şəhərdə mərkəzi küçələr asfaltlanıb, yeni körpü tikilib, səkilər bərpa olunub, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı tam təmin edilib, çoxmərtəbəli binaların dam örtükləri dəyişdirilib.
T.Qaraşov bu inkişafın Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam edəcəyini, hər bir ölkə vətəndaşı kimi, Liman sakinlərinin də həyat şəraitinin, rifah halının daha da yaxşılaşdırılacağını, o cümlədən görüşdə qaldırılan məsələlərin vaxtında həllini tapacağını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranin_Liman_seherinin_sakinleri_ile_gorus_kechirilib-918948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR