Prezident İlham Əliyevin önəmli qərarları

Prezident İlham Əliyevin önəmli qərarları
20:12 15 Yanvar 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq çox önəmli bir qərardır.

Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bu gün Azərbaycana çörək istehsalı üçün lazımi qədər taxıl idxal olunur və tədarüklə məşğul olan qurumlar bu barədə müvafiq bəyanatla çıxış etdilər: "Taxıl, təbii ki, un istehsalı üçün dəyirmanlara və digər qurumlara gedir, öz növbəsində, çörək istehsal edən müəssisələrə satılır, çörək istehsal edilərək satış müəssisələrinə çıxarılır. Yəni bunu sadalamaqla demək istəyirəm ki, burada əsas məqsəd Prezidentin tapşırığı ilə bu sahədə fəaliyyət göstərən hər bir müəssisənin əlavə dəyər vergisindən azad edilməsidir. Yəni əvvəllər hər bir istehsalçı maya dəyərinə müəyyən əlavələr edirdisə, artıq bu yoxdur və deməli, çörəyin qiyməti hazırkı qiymətdən də aşağı satılmalıdır. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı təqdirəlayiqdir. Əgər bundan sonra da çörəyin çəkisində azalma və ya qiymətində artım olarsa, bu, qanun pozuntusu və ya cinayət məsuliyyəti kimi qiymətləndirilməlidir".

A.Nağıyev bildirib ki, eyni zamanda aksiz markalı spirtli içki və tütün məmulatlarının kartla satışı məsələsində də Prezident tərəfindən verilən yeni tapşırıq təqdirəlayiq addımdır: "Yəni söhbət kiminsə nə qədər spirtli içki qəbulundan getmir. Təbii ki, bu istiqamətdə dövriyyə həddən artıq böyükdür və büdcəyə daxilolmalar da nəzərəçarpacaq qədərdir. Əsas məsələ istehsalçı ilə topdansatış müəssisələri arasında olan mübadilənin tənzimlənmə mexanizmindən gedir. Təbii ki, bu da sona qədər tənzimlənmədiyi üçün çətinliklər və cavabsız suallar yaratdı. Buna görə də düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev düzgün qərar qəbul etdi".

Onun sözlərinə görə, eyni məsələni gömrüklə də bağlı demək olar. Əvvəllər 10000 ABŞ dolları 8000 min manat və ya 10500 manat edirdisə, artıq bu rəqəm dəfələrlə çoxdur və bir ailənin öz istifadəsi üçün Azərbaycana gətirə biləcəyi yük artıq istifadə deyil, biznes fəaliyyətinə bəs edir: "Bu qədər məbləğin də vergidən və ya rüsumdan azad edilməsi təbii ki, büdcəyə dəyən zərərdir. Məhz bu istiqamətdə də müvaviq addımların atılması təqdirəlayiqdir".

A.Nağıyev bildirib ki, Prezident 2015-ci ildə kənd təsərrüfatı ilə bağlı çox mühüm sərəncamlar imzaladı: "Əsas məqamlardan biri odur ki, kəndli torpağa qayıtmalıdır, bu istiqamətdə mühüm addımlar atılmalı və şərait yaradılmalıdır. Ermənistanla təmas xəttindəki və həmsərhəd kəndlərdə qeydiyyatdan keçən və fəaliyyət göstərən sahibkarlar bütün növ vergidən azad olunmalı, tutulan cüzi vergilər də yerli bələdiyyə və ya buna uyğun qurumların büdcəsinə ödənilməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/398352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR