​BƏƏ Rusiyada oynayan iranlı futbolçuya viza vermədi

​BƏƏ Rusiyada oynayan iranlı futbolçuya viza vermədi
20:27 15 Yanvar 2016
14 İdman
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Rusiyanın "Rostov" futbol klubunun hücumçusu 21 yaşlı İran vətəndaşı Sərdar Azmuna əmirliyə getmək üçün viza verməyib.

Milli.Az report-a istinadən bildirir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, "Rostov" əmirlikdə təlim-məşq toplantısı keçirəcək. Ancaq BƏƏ ilə İran arasındakı mövcud diplomatik gərginlik səbəbindən İran əsilli fubolçunun təlim-məşq toplantısına getməsində problem yaranıb.
Xəbərdə bildirilib ki, klub məsələnin tezliklə həll edilməsi üçün bütün imkanlardan istifadə edir.

Məlumata görə, Sərdar Azmun hazırda müstəqil şəkildə məşq edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR