Sürücülərin kəmər taxmadığı belə müəyyən ediləcək - VİDEO

Sürücülərin kəmər taxmadığı belə müəyyən ediləcək - VİDEO
21:12 15 Yanvar 2016
86 Digər
Ölkə mətbuatı
A- A+

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə cərimə yeni qaydada tətbiq ediləcək. Hansı sürücü kəmər taxmayib kamera və ya radar olan ərazidən keçsə, həmin sürücünün ünvanina elektron protokol göndəriləcək.

Sirr deyil ki, bəzi sürücülər təhlükəsizlik kəmərindən yalnız stasionar postlara və ya ərazidə xidmət aparan yol polisi avtomobilinə yaxınlaşarkən istifadə edirlər.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, artıq kamera və ya radar olan ərazidən kəmər taxmadan keçən sürücü barəsində elektron protokol tərtib ediləcək. Yenilik mayın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

Lakin bu yeniliyin maraqlı tərəfi də var. Sükan arxasındakı sürücünün hərəkət vaxtı kəməri bağlayıb-bağlamadığını xüsusilə də gecələr yaxın məsafədən belə seçmək çətin olur. Bu hallarda həmin qayda pozuntusunun videokamera ilə necə qeydə alınacağı maraqlıdır.

Qeyd edək ki, kəmərdən istifadə etməyən sürücü tək dirəklərdəki radar və kamera vasitəsi ilə yox, müasir patrul və gizli xidmət aparan yol polis avtomobilləri tərəfindən də aşkar edilə bilər.

Cəriməyə gəldikdə isə bu, dəyişməz olaraq qalacaq. Yəni kəmərdən istifadə etməyən sürücü 40 manat cərimə ödəyəcək. Nəqliyyat ekspertin sözlərinə görə, bu qayda əksər Avropa ölkələrində hazırda mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR