Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqların "Şahdağ" Turizm Mərkəzində istirahəti təşkil edilib - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqların "Şahdağ" Turizm Mərkəzində istirahəti təşkil edilib - FOTO
21:18 15 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+

Valideyn himayəsindən məhrum uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Şahdağ" Turizm Mərkəzində istirahəti təşkil edilib. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlara, onların sağlam, savadlı, vətənpərvər böyüməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Fond uşaq evləri, internat məktəbi sakinlərinin istirahətini də ən yüksək səviyyədə təşkil etməklə onların mənalı və eyni zamanda maraqlı əylənmələri üçün bütün lazımi tədbirləri görür. Yeni ildə Heydər Əliyev Fondu bu uşaqlara daha bir sürpriz etdi.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtımızdan onlar üçün ayrılmış xüsusi avtobuslarla yola düşdülər. İstiqamət isə ölkəmizin ən gözəl məkanlarından biri sayılan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən "Şahdağ" Turizm Kompleksi oldu. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin etdi.

"Şahdağ" Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı proqram hazırlanmışdı. İkigünlük səyahət zamanı onlar kompleksin "Pik Palace Şahdağ" otelində yerləşdilər. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr gözləyirdi. "Şahdağ" Turizm Kompleksinin uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında balaca qonaqlar qarda gəzdilər, yamaclarda tübinq gəzintilərində iştirak etdilər.

Havanın dumanlı olmasına baxmayaraq, uşaqların sevinci hədsiz idi. Onlar qarda həvəslə sürüşür, qartopu oynayır, şən səs-küyləri, isti nəfəsləri ilə bu məkanı daha da canlandırırdılar. Axşam düşəndə isə uşaqlar otelin geniş işıqlı salonunda nağıl qəhrəmanları Spaydermen, Ağbəniz, Minyon ilə birgə əylənir, şeirlər söyləyir, mahnılar oxuyur, rəqs edirdilər. Qız və oğlan komandalarının yarışları, moda müsabiqələri, oğlanların güc yarışları tədbiri daha da maraqlı və yaddaqalan edən məqamlardan oldu.

Növbəti gün səhər tezdən durmuş uşaqları yenə də dağ yamaclarında maraqlı oyunlar gözləyirdi. Gecədən yağan qarın səhər güclənməsi balacaların sevincini daha da artırdı. Qartopu oynayan, xizəklə sürüşən uşaqların səs-küyü hər tərəfə yayılırdı. Nahar süfrəsi arxası isə fidanları onların sevimli nağıl qəhrəmanları və klounlar səbirsizliklə gözləyirdi. Şən melodiyalar, rəqslər, oyunlar, uşaqların sevinc dolu alqışları tədbirə əsl bayram əhval-ruhiyyəsi gətirdi.

Uşaq evlərinin sakinləri üçün "Şahdağ" Turizm Mərkəzində təşkil olunan maraqlı istirahət Fondun növbəti humanitar aksiyası kimi yaddaşlara yazıldı.

Heydər Əliyev Fondu 2004-cü ildən "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublikada 30-dan çox uşaq evi və internat məktəbinin yenidənqurma və əsaslı təmirini həyata keçirib, ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitini əvəz edən yaşayış və məişət şəraiti yaradıb. Bu müəssisələrdə təhsilin səviyyəsini yüksəltmək, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Fond davamlı olaraq layihələr həyata keçirir. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" fikrini dəfələrlə vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, müvafiq proqram çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinəti olan ali dəyərlərdəndir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla reallaşdıran Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən məkanda unudulmaz günlər yaşatdı. Fondun ölkəmizin ən gözəl turizm mərkəzlərindən biri olan "Şahdağ"da təşkil etdiyi bu tədbir məhz belə xeyirxah missiyanın davamı oldu.

Milli.Az






























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28