Syerra-Leonenin hakimiyyət orqanları Ebola virusuna yeni yoluxma faktını təsdiq ediblər

Syerra-Leonenin hakimiyyət orqanları Ebola virusuna yeni yoluxma faktını təsdiq ediblər
21:38 15 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar. AZƏRTAC
Syerra-Leonenin Səhiyyə Nazirliyi Ebola qızdırmasından yeni ölüm faktını təsdiq edib.
AZƏRTAC “aif.ru”ya istinadla xəbər verir ki, ölkənin şimalında qızdırmaya yoluxan oğlan uşağı ölüb. Səhiyyə Nazirliyinin nümayəndələrinin götürdükləri analizlər uşağın virusa yoluxduğunu təsdiq edib.
Qeyd edək ki, ötən il noyabrın 7-də Syerra-Leone hökuməti ölümcül xəstəlik ocağının məhv edildiyini bildirib. Ölkədə 90 günlük monitorinq elan edilib.
Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı yanvarın 14-də Qərbi Afrikada Ebola epidemiyasının başa çatdığını elan edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Syerra_Leonenin_hakimiyyet_orqanlari_Ebola_virusuna_yeni_yoluxma_faktini_tesdiq_edibler-918979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR