​Eldar Sabiroğlunun oğlu apellyasiya şikayəti verəcək

​Eldar Sabiroğlunun oğlu apellyasiya şikayəti verəcək
22:02 15 Yanvar 2016
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Barəsində həbs qətimkan tədbiri seçilmiş Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov apellyasiya şikayəti verəcək.
Bu barədə “Report”a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil bildirib ki, R.Səfərov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsinə müraciət ediləcək.
Qeyd edək ki, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Bu gün Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR