Ronaldudan əl çəkdilər, hədəf Neymardır

Ronaldudan əl çəkdilər, hədəf Neymardır
22:05 15 Yanvar 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

"Real"a FİFA tərəfindən qoyulan transfer qadağası başqa klubların da planlarına təsir göstərib. Hər şeydən öncə "Blancos" icarədə çıxış edən futbolçularını geri qaytarmaq barədə düşünəcək. Eyni zamanda PSG də transfer fəaliyyətini dəyişib. Goal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, Fransa çempionu yayda Ronaldudan Neymarın transferinə yönəldəcək. Mövsümün sonunda Zlatan İbrahimoviç, böyük ehtimalla Paris klubunu tərk edəcək. Lavezzi də yayda azad agent olacaq. Bu iki futbolçudan "azad olacaq" PSG başqa bir ulduz futbolçuya astronomik həcmdə məvacib kəsmək imkanı qazanacaq. Neymarla "Manchester United" də maraqlanır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR