Türkiyə Rusiya problemini həll etdi

Türkiyə Rusiya problemini həll etdi
22:17 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Türk aviaşirkəti Pegasus Airlines yanvarın 15-dən Rusiyaya uçuşları bərpa edib. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə şirkətin internet səhifəsində informasiya yerləşdirilib. 

"Reyslər yanvarın 4-dən dayandırılmışdı. Buna səbəb ekipaj üzvlərinin viza ala bilməməsi idi. Hazırda bu sənədlə bağlı problem tam həll edilib. Uçuşların bərpa edilməsinə Türkiyə Nəqliyyat Nazirliyi, eləcə də ölkənin Xarici İşlər Nazirliyi və mülki aviasiya idarəsi, həmçinin Rusiyanın Ankaradakı səfirliyi dəstək göstərib", - deyə məlumatda qeyd olunur.

Yanvarın əvvəlindən Pegasus Airlines Rusiya Federasiyasına uçuşları dayandırdığını bəyan etmişdi. Bu qərar ekipaj üzvlərinin Rusiya vizasını ala bilməməsinə görə verilmişdi.

"Pegasus Airlines" Türk Hava Yollarından sonra Rusiyaya müntəzəm uçuşlar təşkil edən ikinci aviaşirkətdir. Bu şirkət Moskva və Krasnodara həftədə 7 reys həyata keçirir. "Pegasus Airlines"in uçuşlarını 66 təyyarə reallaşdırır. 

2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsinin Türkiyə hava qüvvələri tərəfindən vurulması iki ölkə arasında münasibətləri gərginləşdirdi. 

Bundan sonra Türkiyəyə bəzi sanksiyalar tətbiq edildi. Nəticədə Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoydu, çarter reyslərini ləvğ etdi, eyni zamanda, birtərəfli qaydada vizasız rejimi dayandırdı. 

Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi xüsusi iqtisadi tədbirlər 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR