Neftin qiyməti düşdü, bu ölkə böhran elan etdi

Neftin qiyməti düşdü, bu ölkə böhran elan etdi
22:22 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Norveç neftin qiymətinin 30 dollara enməsinin ardından böhran elan etdi.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Qərbi Avropanın ən böyük neft ixrac edən ölkələri, 2008-ci ildəki böhrandan da ağır bir vəziyyətə düşüb.

Norveç Neft Şirkətinin Baş direktoru Bente Nyland hal-hazırki vəziyyəti dəyərləndirərkən "Norveç neft sənayesi iqtisadi böhran vəziyyətindədir və bunu inkar edə bilmərik", - deyə bildirib.

Neft qiymətinin kəskin şəkildə enərək dünya bazarlarında 29.69 dollardan satışa çıxarılır. Analitiklər neftin qiymətində baş verən cüzi artımların davamlı olmadığına diqqət çəkərək, 30 dolların həlledici qiymət olduğunu və bununla da satış təzyiqinin artacağı qeyd edilir.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar ucuzlaşaraq 31,54 dollar təşkil edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR