Venesuelada fövqəladə iqtisadi vəziyyət tətbiq edilib

Venesuelada fövqəladə iqtisadi vəziyyət tətbiq edilib
22:47 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Venesuela prezidenti Nikolas Maduro ölkədə 60 günlük fövqəladə iqtisadi vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela hökumətinin yaydığı açıqlamada bildirilir.
 
Məlumata əsasən, fövqəladə vəziyyətin tətbiqi ölkə vətəndaşlarının təhsil, səhiyyə, əmlak və s. sosial hüquqlarının müdafiəsinə yönəlib. Yaxın müddət ərzində Venesuelanın iqtisadiyyat naziri Luis Rodriqes hökumətin atacağı konkret addımlarla bağlı ətraflı məlumat verəcək.  
 
Qeyd edək ki, son iki ildə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Venesuelada iqtisadi böhrana səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR