Azərbaycanda “donuz qripi“ ilə bağlı palata yaradıldı

Azərbaycanda “donuz qripi“ ilə bağlı palata yaradıldı
00:16 16 Yanvar 2016
100 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda “donuz qripi" ilə əlaqədar iki palata yaradılıb.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, bu haqda xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, Azərbaycanda “donuz qripi”nə yoluxma halı baş verərsə, bu xəstələrin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşdirilməsi üçün lazımi hazırlıq işləri görülüb.

L.Bayramovanın sözlərinə görə, qonşu ölkələrdə H1N1 (“donuz qripi”) virusunun yayılması ilə əlaqədar “donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanan 8 dekabr 2015-ci il tarixli əmrinə əsasən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir şöbə ayrılıb, bu şöbədə 8 boks tipli palata var.

"Bu bokslar mənfi təzyiqli palatalardır, hava daim ventilyasiya sistemi ilə təmizlənir və virus ətrafa yayılmır. Eyni zamanda dərman və xüsusi fərdi qoruyucu vasitələr tədarük edilib, personal təlimatlandırılıb", - deyə o, əlavə edib.

Qrip əlamətləri olan insanlar aşağıdakılara əməl etməlidirlər:

Əgər xəstənin “donuz qripi” olduğu təsdiqini taparsa, bu halda həmin xəstələr, ağır pnevmoniya ilə fəsadlaşmış insanlar Ağciyər Xəstəlikləri İnstitutuna göndərilməlidir. Lakin bəzən ağır vəziyyətdə olan insanların poliklinikalara deyil, birbaşa Ağciyər Xəstəlikləri İnstitutuna müraciət etməsi də istisna deyil.

“Bu zaman xəstə ilə bağlı diaqnostika burada təşkil olunacaq.

Onu da deyim ki, Ağciyər Xəstəlikləri İnstitutu ilə bərabər Azərbaycanda bir çox xəstəxanalarda “donuz qripi” xəstələri üçün xüsusi palatalar ayrılıb” - deyə nazirlikdən bildiriblər.

Son bir aya yaxın qonşu ölkələrdə donuz qripi yayılıb. Hətta, bu xəstəlik nəticəsində Türkiyədə 3, Ermənistanda 5, İranda isə 35 nəfərin ölümünə yol açıb.

“Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir.

Bu virusa ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə yoluxub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR