Bölgələrdə çörəyin qiyməti (VİDEO)

Bölgələrdə çörəyin qiyməti (VİDEO)
00:16 16 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Manatın məzənnəsinin dəyişməsilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə prezident İlham Əliyevin göstərişilə unun və çörəyin ƏDV-dən azad olunmasından sonra un və çörək yeni qiymətə satılır. Analoji vəziyytə paytaxtda və bölgələrdə də müşahidə olunub.

ANS TV-nin məlumatına görə, Xaçmazda bahalaşmadan sonra 40 qəpiyə satılan çörəyin qiyməti bu gündən 10 qəpik düşüb. Amma çörəyin çəkisində azalma yoxdur.

Satıcı Əfqan Quliyev deyir ki, əvvəllər 30 qəpiyə satılan çörək bahalaşmadan sonra 40 qəpiyə satılırdı və çəkisində dəyişiklik edilməmişdi, indi isə çörəyin qiyməti əvvəlki tək 30 qəpiyə satılır.

Ucuzlaşma unun qiymətində də qeydə alınıb. Dəyirmanlarda 50 kq-lıq un kisəsinin topdansatış qiyməti 22 manatdır.

“Bahalaşmaya qədər unun bir kisəsini 18 manat, 18.50-yə satırdıq. Bahalaşandan sonra topdansatış mərkəzlərindən unun bir kisənin 26 manatdan alıb 27 manata satırdıq. Hazırda isə unun bir kisəsini 23 manat, 23.50-yə satırıq”, - deyə satıcı Nadir Abdulqayev bildirib.

Bərdədə unun qiymətində ucuzlaşma olub. Bir gün öncə 50 kq-lıq bir kisə unun qiyməti 27 manatdan başlayırdısa, bu gün 23-25 manatadır.

Bu bölgədə çörəyin qiymətində 5 qəpik artım olub. Amma eyni zamanda çəkisi də artırılaraq normaya uyğunlaşdırılıb. Əvvəllər 420-470 qram olan çörək 500 qramdır və 30 qəpiyə satılır.

“Əvvəllər çörəyi 25 qəpiyə alırdıq, sonradan 30 qəpik oldu. Hazırda isə çörəyi 30 qəpikdən alırıq. Bununla yanaşı çörəyin çəkisi artırılıb", - deyə Bərdə sakini Zəfər Vəliyev qeyd edib.

Bölgədə zavod çörəyindən fərqli olaraq digərlərinin qiymətində dəyişiklik edilməyib.

Bərdə sakini Adil Babayev deyir ki, qara undan hazırlanan təndir çörəyini 50 qəpiyə alırdı, elə indi də həmin qiymətdən alır.

Görünən odur ki, un və un məhsullarına əlavə dəyər vergisindən azad olunmasından bəzi sahibkarlar nəticə çıxarsalar da bəziləri isə hələ də düşünür.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR