Şəmkirdə və Samuxda yanğın hadisələri baş verib

Şəmkirdə və Samuxda yanğın hadisələri baş verib
00:17 16 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə və Samuxda yanğın hadisələri baş verib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan talvarın yanar konstruksiyaları 48 kv.m sahədə və içərisinə yığılan 800 kq ot bağlamasının 400 kq-ı yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Samux rayonu, Çobanabdallı kəndində qeydə alınıb. Vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın axşam saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb. Hər iki yanğının səbələri araşdırlır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/398380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR