​Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olunub

​Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olunub
00:22 16 Yanvar 2016
18 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bütün ölkə ərazisində 60 gün müddətinə fövqəladə iqtisadi vəziyyət elan edib.
"Report" xəbər verir ki, müvafiq fərman Venesuela televiziyasının birbaşa efirində oxunub.
Maduro ölkə parlamentindən yerli iqtisadiyyatın xilası üçün dəqiq fövqəladə tədbirlər planını təsdiqləməyi xahiş edib.
"Biz fövqəladə planı aktivləşdirmək və iqtisadiyyatımızı yenidən qurmaq niyyətindəyik", - deyə o bildirib.
Madura bundan əvvəl 90 faizdən çox neft gəlirlərindən asılı olan Venesuela iqtisadiyyatında istehsalın artırılması üzrə tədbirlər planı təqdim edəcəyini bildirmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR