Yol qəzasında üç nəfər ağır xəsarət alıb

Yol qəzasında üç nəfər ağır xəsarət alıb
00:32 16 Yanvar 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 15-də gecə saat 22:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçay şəhərində qeyd alınıb.
 
Məlumata görə, 90-CP-911 dövlət nömrə nişanlı "Hyundai Santa Fe" markalı minik avtomobili qarşı tərəfdən gələn 90-BG-055 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
 
Hadisə zamanı Göyçay rayon sakinləri, 1981-ci il təvəllüdlü Abbasov Vüsal Rasim oğlu, 1981-ci il təvəllüdlü Dəmirov Nurlan Hacıbaba oğlu, 1976-cı il təvəllüdlü Vəliyev Qəhrəman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Polis Şöbəsinin cərrahiyə və travmatologiya şöbələrinə yerləşdirilib.
     
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/398385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR