BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb

BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb
01:32 16 Yanvar 2016
158 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakultəsinin Humanitar fakultələr üzrə rus dili kafedrasının baş müəllimi Tamara Xaspoladova faciəli şəkildə vəfat edib.
“Report”un xəbərinə görə, 75 yaşlı T.Xaspoladova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bdu-nun-qadin-muellimi-facieli-sekilde-olub-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR