Kiyevdə partlayış baş verdi (VİDEO,FOTO)

Kiyevdə partlayış baş verdi (VİDEO,FOTO)
02:46 16 Yanvar 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın paytaxtı Kiyevin Dnepr rayonunda iki partlayış olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna polisinin mətbuat xidməti xəbər verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində zərər çəkən olmayıb. "Qanun keşikçilərı küçədə partlayışlar haqqında xəbər alıb. Çağırış üzrə hadisə yerinə polisin operativ qrupu yola düşüb", - deyə mətbuat xidmətinin xəbərində bildirilir.



Yoxlamanın gedişatında müəyyən edilib ki, partlayışlar avtoyuyucu məntəqənin yerləşdiyi yerdə abadlıq işləri ilə məşğul olan xidmətin avtobusunun yanında baş verib. Hazırda faktla bağlı araşdırmalar aparılır.



Sonuncu dəfə Kiyevdə partlayış keçən il avqust ayında Ali Radanın binasının qarşısında baş verib. Kiyevdə Ali Radanın binası qarşısında hakimiyyətin qeyri mərkəzləşdirilməsi haqqında qanunun qəbuluna qarşı polis və etirazçılar arasında baş verən qarşıdurma zamanı törədilən partlayış zamanı təxminən 30 nəfər xəsarət alıb. Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasına görə, partlayışdan sonra yaranan qarşıdurma nəticəsində 100-dən adam yaralanıb.




Hadisə baş verən ərazi xəritədə


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR