Təyyarə hava burulğanına düşdü: 6 yaralı

Təyyarə hava burulğanına düşdü: 6 yaralı
03:09 16 Yanvar 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da “American Airlines” aviaşirkətinə məxsus təyyarənin hava burulğanına düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin Nyu-York - Mayami marşrutu üzrə uçduğu bildirilir.

 

Hava gəmisinin göyərtəsində 159 sərnişin və 6 ekipaj üzvü olub. Xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur.

 

Qeyd olunur ki, təyyarə enişə təxminən 40 dəqiqə qalmış hava burulğanına düşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR