"Caspian Development Bank"ın müştəriləri "PAŞA Bank"ın bankomatlarından pulsuz yararlanacaqlar

03:38 16 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
"Caspian Development Bank" (CDB) ASC ilə "PAŞA Bank" ASC arasında bağlanmış müqaviləyə əsasən, CDB-in kart sahiblərindən sözügedən bankın Cash POS-terminal və ATM-ləri vasitəsilə nağd vəsaitlərin əldə olunmasına görə komissiya tutulmayacaq.
CDB-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, VISA beynəlxalq ödəniş kartlarının məhsuluna görə "PAŞA Bank" ASC-nin ATM və Cash POS-terminalları vasitəsi ilə nağd vəsaitin çıxarlması üzrə komissiya haqlarını təqdim edirik:
VISA Electron - 0,0 faiz (min AZN, USD, EUR 0,00).
VISA Electron Salary - 0,0 faiz (min AZN, USD, EUR 0,00).
VISA Electron Deposit - 0,0 faiz (min AZN, USD, EUR 0,00).
"VISA Classic", "VISA Gold", "VISA Platinum", "VISA Infinite" və "VISA Business" kartlarından isə nağd vəsaitlərin əldə olunmasına görə komissiya isə 1 faiz aşağı salınıb.
Yaxın günlərdə digər banklarla da müvafiq müqavilənin imzalanması nəzərdə tutulub. Məqsəd kart sahibləri üçün maksimum rahat və sərfəli xidmət təqdim etməkdir.
Qeyd edək ki, CDB-ın kartları ilə kartın valyutasından fərqli valyutada nağd əməliyatlar aparıldığı zaman tutulan konvertasiya haqqı dəyişdirilərək 4 faiz olmuşdu. Lakin nağdsız ödənişlər zamanı konvertasiya haqqı dəyişməz olaraq 0.5 faiz qalıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotCaspian_Development_Bank_quotin_musterileri__quotPASA_Bank_quotin_bankomatlarindan_pulsuz_yararlanacaqlar-918996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR