Nabil Fadlının dostları həbs olundu

Nabil Fadlının dostları həbs olundu
04:51 16 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərindəki tarixi “Sultan Əhməd” meydanında terror hadisəsi törədən Nabil Fadlı ilə eyni evdə qalan 7 nəfər şübhəli polis tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, yerli polis ötən gün İstanbulun Fatih rayonu Zeyrek məhəlləsi Xəttat İzzət küçəsindəki binada əməliyyat keçirib.

Binada olan şübhəlilər müşahidə kamerası sayəsində əməliyyatdan xəbər tutaraq ələ keçməmək üçün 5 saat binadan bayıra çıxmayıblar. Terrorla mübarizə şöbəsinin əməkdaşları 4 nəfəri potensial kamikadze olan 7 şübhəlini əməliyyatla ələ keçirib.

Nabil Fadlı ilə eyni mənzildə qalan 4 nəfərin kamikadze olmaq üçün Suriyada xüsusi təlim keçdikləri bildirilib.

5 mərtəbəli binada ümumilikdə 18 suriyalının qaldığı, binanın bir şirkət tərəfindən ayda 9 min lirəyə (4 660 AZN) icarəyə götürüldüyü müəyyən olunub.


Sultan Əhməd məscidi

Yanvarın 12-də səhər saatlarında Türkiyənin İstanbul şəhərindəki tarixi Sultan Əhməd Meydanında güclü partlayış baş verib. Terakt nəticəsində Almaniya vətəndaşı olan 10 turist ölüb, 15 nəfər xəsarət alıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR