İŞİD-in mövqelərinə 10 minə yaxın hava zərbəsi endirilib

İŞİD-in mövqelərinə 10 minə yaxın  hava zərbəsi endirilib
06:44 16 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri indiyədək İŞİD terror qruplaşmasının  Suriya və İraqdakı mövqelərinə 9,5 min hava zərbəsi endirib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

“12 koalisiya üzvü terrorçuların Suriya və İraqdakı mövqelərinə 9,5 min hava zərbəsi endirib. O cümlədən 630 zərbə  İraqın Ər-Ramadi şəhərində. Ümumilikdə hava zərbələri nəticəsində terrorçuların  3 450 avtomobili və zirehli texnikası sıradan çıxarılıb, 1 120 artilleriya və qumbaraatan döyüş sursatı, 1 170 neft infrastrukturu komponenti məhv edilib. İŞİD-in 13,5 min atəş nöqtəsi, o cümlədən 39 təlim düşərgəsi məhv edilib”, məlumatda deyilir.

 

Açıqlamada həmçinin vurğulanır ki, 2015-ci ilin dekabrında hava zərbələri nəticəsində onlarla İŞİD lideri öldürülüb.

 

Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR