"Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək"

"Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək"
07:22 16 Yanvar 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən "Səkkizinci beynəlxalq səfirlər" konfransında çıxışında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan M.Çavuşoğlu Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Türkiyə hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana bu münaqişənin ədalətli həlli üçün hər cür dəstək verdiyini bildirib.

Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.

M.Çavuşoğlu Türkiyə-Ermənistan əlaqələrinin normallaşmadığını xatırladaraq, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə bu münasibətlərin düzəlməyəcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/398386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR