İranın nüvə proqramına dair görüş keçiriləcək

İranın nüvə proqramına dair görüş keçiriləcək
07:32 16 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

İranın nüvə proqramına dair görüş yanvarın 16-da Vyanada keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
 
"Bildiyimə görə, İranla bağlı görüş sabah Vyanada baş tutacaq. Lakin danışıqlarda hansı ölkə  nümayəndələrinin iştirak edəcəyi barədə məlumatım yoxdur", deyə BMT rəsmisi qeyd edib.
 
Bundan əvvəl ABŞ dövlət katibi Con Kerrinin Vyanaya yola düşməsi barədə məlumat yayılıb. ABŞ diplomatik mənbələrindən bildirilib ki, son günlər ərzində dövlət katibinin Cenevrə səfərinə hazırlıq görülsə də, o, son an Vyana yollanıb.
 
Qeyd edək ki, İranın nüvə proqramına dair görüşün yanvarın 16-da Cenevrədə keçiriləcəyi planlaşdırılırdı. Danışıqlarda Avropa İttifaqı, ABŞ və İran diplomatiya rəhbərlərinin iştirak edəcəyi gözlənilirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR