Bakıda kişi bıçaqlanıb

Bakıda kişi bıçaqlanıb
07:52 16 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.  
 
1984-cü il təvəllüdlü Məmmədov Asəf Sabir oğlu çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. 
 
32 yaşlı Asəf Məmmədov xəsarətlərin ona kim tərəfindən yetirildiyini açıqlamayıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar və xəstəxanada yaralının yaxınlarının ifadələrini alıblar. 
 
Asəf Məmmədova xəsarət yetirən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/398394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR