Bu klubda baş məşqçi uzağı 2 gün qala bilir

Bu klubda baş məşqçi uzağı 2 gün qala bilir
07:57 16 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Mersin İdman Yurdu" klubunda nə baş verdiyi bəlli deyil. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, son günlər mersinlilər Türkiyə mətbuatının gündəmini zəbt edib.

Bülənt Qorxmazın gedişindən sonra "Mersin İdman Yurdu" Nurullah Sağlamı baş məşqçi postuna gətirsə də, çalışdırıcı iki gün sonra istefa verib.Təcrübəli çalışdırıcı komanda ilə cəmi 1 məşqə çıxıb. Sağlam bu cür komanda ilə uğur qazana bilməyəcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Hakan Kutlu da eyni addımı atmışdı. Belə ki, Kutlu da baş məşqçi postuna gətirilsə də, o da Sağlam kimi komandanı 2 gün sonra tərk etmişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR