“NBCBank” kredit müştərilərinə güzəştlər təqdim edir

“NBCBank” kredit müştərilərinə güzəştlər təqdim edir
08:43 16 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
“NBCBank” kredit ödənişlərində çətinliklə üzləşən müştərilər üçün güzəştlərin tətbiq edilməsini həyata keçirir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, xarici valyutada olan kreditlər üçün kredit faizlərinə 3 faiz endirim tətbiq olunur, 2016-ci ilin sonuna qədər cərimə faizinin hesablanması dayandırılır.
Kreditlərin tam ödənildiyi zaman, hesablanmış kredit faizinə 50 faiz, cərimə faizi isə 100 faiz güzəşt olunur və yerdə qalan məbləğ Mərkəzi Bankın kursu ilə qəbul olunur.
Verilmiş kreditlərdə ödənişlər olduğu zaman silinmə qrafikə düşənə qədər əsas və faiz ardıcıllığı ilə aparılır, qrafikə düşdüyü təqdirdə yerdə qalan cərimə faizlər tam ləğv olunur.
Kreditlərin müddətinin uzadılmasına və digər güzəştlərin tətbiqində bütün xidmət haqları ləğv olunur.
Avtomobil kreditlərində müddətin uzadılması həyata keçirildiyi zaman, uzadılmaya görə girovun sığortalanması tələb olunmur.
2016-ci ilin sonuna qədər milli valyutada olan bütün kreditlərə isə cərimə faizi 1 faizdən 0.3 faizə endirilir. Verilmiş kreditlərdə tam ödəniş olduğu zaman hesablanmış cərimə faizləri tam ləğv olunur.
Ətraflı məlumatı bankın filiallarından əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NBCBank_kredit_musterilerine_guzestler_teqdim_edir-918999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR