Birjalarda geriləmə davam edir

Birjalarda geriləmə davam edir
08:47 16 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti düşdükcə səhm bazarında da indeks hədləri azalmaqda davam edir. Milli.Az anspress-ə istinadən xəbər verir ki, Böyük Britaniya Fond Birjasında Futsi 100 indeksi 2.1 faiz dəyər itirib.

Dağ-mədən şirkətlərinin indeksləri ən çox azalan şirkətlər olub. Dünyanın ən böyük dağ-mədən şirkəti BHP Billitonun səhmləri 6.5 faiz, Anqlo Amerikan 11.5 faiz, Qlencore 7 faiz dəyər itirib.

Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının (ABŞ) maliyyə bazarı da neftin ucuzlaşmasından öz təsirini alıb.

Nazdak Kompozitin səhmləri 2.7 faiz ucuşlaşıb.

Neftin qiyməti son 12 ildə rekord həddə ucuzlaşaraq bir barel 29.01 dollara çatıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR