Ceyson Stethem məşhur modellə evlənir - FOTO

Ceyson Stethem məşhur modellə evlənir - FOTO
09:42 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Məşhur britaniyalı aktyor, milyonlarla pərəstişkarı olan Hollivud ulduzu Ceyston Stethem evlənməyə hazırlaşır. O, "Victoria's Secret" brendinin sabiq modeli Rozi Hantinqton-Uaytli ilə ailə qurmaq istəyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2010-cu ilin aprelindən bəri görüşən 48 yaşlı Stethem ilə 28 yaşlı Hantinqton-Uaytlinin ailə qurmaq niyyətləri "Golden Globe-2016" mükafatlarını təqdimat mərasimində bəlli olub.

Həmin mərasimin qonaqları arasında olan Rozinin adsız barmağında 400 min dollarlıq brilyant qaşlı üzük vardı.

"Ceysonla münasibətlərimiz əladır. O, hər gün məni sevindirir, şənləndirir. Ceyson yanımda olanda anlayıram ki, indiyədək kimsəni belə sevməmişəm", - Rozi Hantinqton-Uaytli "Self" jurnalına müsahibəsində demişdi.

28 yaşlı Rozi Britaniya kraliçası Viktoriyanın nəslindəndir. Onun atası Çarlz Hantinqton-Uaytli geodezist, anası Fiona fitnes təlimatçısıdır. Rozi iki bacısı ilə birlikdə Devondakı qəsrdə böyüyüb.
Rozinin babası ser Herbert Hantinqton-Uaytli baron, mühafizəkar deputat olub. Modelin atasının əmisi Moris Hantinqton-Uaytli Britaniyanın baş naziri olmuş Stenli Bolduinin qızı Marqaretlə evli olub.
Ceyson Stethemin atası Barri birja brokeri, anası Eylin isə rəqqasə olub.
İngiltərənin Derbişir qraflığındakı Şirbruk şəhərində doğulmuş Ceyson yeniyetməlik və gənclik illərində Britaniyanın suya tullanma üzrə yığma komandasının üzvü olub.
 

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR