​Qazaxıstan millisinin yeni baş məşqçisi yanvarın sonunda müəyyənləşəcək

​Qazaxıstan millisinin yeni baş məşqçisi yanvarın sonunda müəyyənləşəcək
10:57 16 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı 16 yanvar. REPORT.AZ/ Martın 21-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışında futbol üzrə Azərbaycan millisinin yoxlama görüşündə rəqibi olacaq Qazaxıstan yığmasının baş məşqçisinin adı bu ayın sonunda məlum olacaq. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, dekabrın 28-dən azarkeşlər arasında millinin yeni baş məşqiçisi ilə bağlı səsvermə keçirilib. Səsvermə yanvarın 15-də başa çatıb. İlk mərhələdə azarkeşlər milli komandada yerli, yoxsa əcnəbi mütəxəssisin olmasına dair sualı cavablandırıblar. 18 gün davam edən səsvermədə 1755 nəfər əcnəbi, 845 nəfər isə milli komandanın başında yerli mütəxəssis görmək istəyib.
Qeyd edək ki, Robert Prosineçkinin rəhbərlik etdiyi Azərbaycan millisi martın 27-dək Antalyada toplanışda olacaq. Ayın 26-da Azərbaycan və Qazaxıstan milliləri yoxlama görüşü keçirəcəklər.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qazaxistan-millisinin-bas-mesqcisi-yanvarin-sonunda-mueyyenlesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR