"O səs Türkiyə"nin Gökhanı filmə çəkilir

"O səs Türkiyə"nin Gökhanı filmə çəkilir
11:01 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Athena" qrupunun üzvü Gökhan Özoğuz filmə çəkilir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, rejissor Qani Müjde onu tarixi şəxsiyyət olan Barbaros Hayreddin Paşa obrazına çəkəcək.

Rejissor bu haqda belə deyib:

"Barbaros qızılı saçlı və saqqallıdır. Bənzərliyi üçün Gökhana təklif göndərdim. Baş rolu o, oynasa, çox yaxşı olacaq".

Qeyd edək ki, "O səs Türkiyə"nin münsiflər kürsüsündə oturan ifaçının bu təklif haqda nə düşündüyü bəlli deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR