“Sırğa olsun” konseptual incəsənət sərgisi

“Sırğa olsun” konseptual incəsənət sərgisi
11:03 16 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 29-da Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sırğa olsun” konseptual incəsənət sərgisi açılacaq.
Layihənin rəhbəri Məhbarə Abbasova AZƏRTAC-a bildirib ki, layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə töhfə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və onların gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir.
Layihəyə əsasən Azərbaycanda müasir istiqamətdə fəaliyyət göstərən rəssamlara böyüklərimizdən eşitdikləri “qulağında sırğa olsun” misalını rəhbər tutaraq, onların bu anlayışa necə yanaşdıqları və öz əsərlərində hansı formada gördükləri, onu hansı obraza çevirəcəkləri mövzusu təklif edilib.
Gənc rəssamlar sərgiyə təqdim etdikləri əsərləri bu konsepsiyaya uyğun müxtəlif təsviri sənət növləri - rəngkarlıq, qrafika, heykəltəraşlıq və digər müasir ifadə vasitələrindən istifadə edərək yaradıblar. Sərgidə Vüsalə Ağarazıyeva, Novruz Məmmədov, Zamin Rzayev, Orxan Qarayev, Mehriban Şamsadinskaya, Günel Ravilova və digər gənc rəssamların əsərləri nümayiş olunacaq.
Yanvarın 31-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sirga_olsun_konseptual_incesenet_sergisi-919016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR