Azərbaycanlı keçmiş polis zabiti Ukraynada itkin düşüb

Azərbaycanlı keçmiş polis zabiti Ukraynada itkin düşüb
11:12 16 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynada azərbaycanlı biznesmen, keçmiş milis polkovnik-leytenantı Cavadov Cavad İsgəndər oğlu itkin düşüb. 

Milli.Az bildirir ki, Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əvvəllər vilayətin Rubejnoye şəhərində yaşamış Ukrayna vətəndaşı, 1968-ci il təvəllüdlü C. Cavadov bu həftənin birinci günü yoxa çıxıb və onunla əlaqə yaratmaq mümkün olmayıb. C. Cavadov ölkənin şərqində müharibə başladıqdan sonra biznesini Kiyev vilayətinə köçürüb və bir müddət İrpen şəhərində yaşayıb. Son günlər isə Luqansk vilayətində vəziyyətin nisbətən sakitləşdiyini görüb, işi ilə əlaqədar oraya gedib-gəlirmiş. Vilayətə son gedişi ötən həftənin bazar günü olub və bu həftənin birinci günü onunla əlaqə kəsilib. Ukraynanın hüquq-mühafizə orqanları axtarışa başlayıb. C. Cavadov uzun müddət Ukraynanın Xarkov, Donetsk, Luqansk vilayətlərində milis orqanlarında çalışıb və 2008-ci ildən öz ərizəsi ilə ehtiyata buraxıldıqdan sonra şəxsi biznesi ilə məşğul olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR