Ötən gün "Səs Azərbaycan"da "Döyüşlər" mərhələsi baş tutub.
Axşam.az-ın məlumatına görə, münsif kürsüsündə əyləşən xalq artisti Mübariz Tağıyevin komandasında yarışan tanınmış model Banu Şücai Ayla Şiriyeva adlı ifaçı ilə səhnəyə çıxıb. Onlar ingilis dilində "Shy guy" mahnısını səsləndiriblər.
Münsiflər Banunun ifa tərzini bəyənməyiblər. Qrup rəhbəri M.Tağıyev Banu Şücaini yarışmadan uzaqlaşdırıb və Ayla ilə davam etmək istədiyini bildirib.
Qeyd edək ki, "Səs Azərbaycan"ın münsif kürsüsündə M.Tağıyevlə yanaşı xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana əyləşir.