“Capital Economics”: Neftin qiyməti 2017-ci ildə 60 dollara yüksələ bilər

“Capital Economics”: Neftin qiyməti 2017-ci ildə 60 dollara yüksələ bilər
11:23 16 Yanvar 2016
62 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Nihad Budaqov, AZƏRTAC
“Capital Economics”in əmtəə mütəxəssisi Tomas Puq “Brent” neftinin bir barrelinin qiymətinin 2017-ci ildə 60 dollara qədər yüksələ biləcəyini deyib. Onun fikrincə “Brent” nefti 2020-ci ilədək 70 dollar səviyyəsindən aşağıda qalacaq.
AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi Londonda yerləşən müstəqil araşdırma və məsləhət şirkəti “Capital Economics”in əmtəə mütəxəssisi T.Pugh Çinin iqtisadiyyatındakı yavaşlamanın qlobal neft tələbinə mənfi təsir göstərdiyini bildirib. O, Çinin iqtisadiyyatının bu il stabilləşməsini gözlədiyini və bunun da neftin qiymətlərinin bahalaşmasına təsir edəcəyini vurğulayıb.
Ucuzlaşan neft qiymətləri ilə əlaqədar ABŞ-dakı istehsalçıların da çətin vəziyyətdə olduğunu xatırladan T.Puq bu ölkədə neft sərmayələrinin və qazma quyularının sayının getdikcə azaldığını, bunun yerli neft hasilatında kəskin azalmaya səbəb olduğunu deyib.
Qeyd edək ki, aşağı düşən qiymətlər xam neft ixracatçısı ölkələrin iqtisadiyyatlarına mənfi təsir etməkdə davam edir. Ucuzlaşan qiymətlərdən ən çox təsirlənən ölkələr Rusiya, Kanada, Norveç, Venesuela və Səudiyyə Ərəbistanıdır. Dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Venesuelanın isə iflas astanasında olduğu bildirilir.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR