Göygöl Milli Parkında ekoturizm infrastrukturu yaradılıb

Göygöl Milli Parkında ekoturizm infrastrukturu yaradılıb
11:28 16 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC
Ötən il xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində Göygöl Milli Parkında ekoturizm infrastrukturu və marşrutları yaradılıb. Qısa müddət ərzində Milli Parka 65 mindən artıq turist səyahət edib.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıqlar alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb. Bununla da Milli Parkda mühafizə və nəzarət imkanları təkmilləşdirilib.
Nazirlikdə onu da qeyd ediblər ki, IDEA İctimai Birliyinin iştirakı ilə quşların və məməli heyvan növlərinin payız sayğısı aparılaraq, oturaq və köçəri quşların dinamikası barədə qeydə alınan məlumatlar təhlil edilib.
Xatırladaq ki, Azərbaycanda ümumi ərazisi 892 546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goygol_Milli_Parkinda_ekoturizm_infrastrukturu_yaradilib-919024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR