Opera və Balet Teatrının solisti Belarusa qastrol səfərinə gedir

11:52 16 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Minsk teatrından növbəti dəvət məktubu daxil olub. Teatrın balet truppasının gənc və istedadlı solisti, Respublikanın əməkdar artisti Nigar İbrahimova 2016-cı il yanvarın 22-də Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baletinin tamaşasında Jizel partiyasını ifa etmək üçün dəvət olunub.
Milli baletimizin gənc ulduzularından biri olan Nigar 2004-cü ildən teatrın balet truppasında çalışır. Truppanın aparıcı solisti kimi bir çox tamaşalarda (“Qu gölü” – Odetta-Odilliya, “Don Kixot” – Kitri, “Jizel” – Jizel, “Şelkunçik” – Maşa, “Şəhrizad” – Zübeydə, “Don Kixot” (Q.Qarayev) – Dulsineya, “Min bir gecə” – Şəhrizad, “Yeddi gözəl” – Gözəllər gözəli, Hind gözəli, “Eşq və Ölüm” – Ölüm və s.) böyük uğurla çıxış edir.
Milli balet sənətimizi dəfələrlə Türkiyə Respublikasında, Rusiya Federasiyası, Belorus, Fransa, Qırğızıstan və b. ölkələrdə müvəffəqiyyətlə təmsil edib.
Nigarın ən böyük uğurlarından biri bu yaxınlarda – sentyabrın 25-də Rusiyanın paytaxtı Moskvada Kreml sarayında balet artistlərinin Rusiya və Avropadan olan beynəlmiləl heyətin tərkibində F.Əmirovun “Min bir gecə” baletinin tamaşasında Şəhrizad rolunu ifa etməsi olub. 


Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/opera-ve-balet-teatrinin-solisti-belarusa-qastrol-seferine-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR