"Qazprom" Çinə satacağı qazın həcmini azaldır

"Qazprom" Çinə satacağı qazın həcmini azaldır
12:17 16 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

"Qazprom" Çinə ötürməyi planlaşdırdığı qazı azaldacaq.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı "Röyter" agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik Çinə qaz verilişinin 2019-cu ildə həyata keçiriləcəyini bildirib:
 
"Çinə verilən qaz 2014-cü ilin mayında gözləniləndən az olacaq. Rusiya həmin dövrdə Çinə 400 milyardlıq qaz satmaq niyyətində idi".
 
Qeyd edək ki, Sibir Gücü qaz kəməri layihəsinə uyğun olaraq Rusiya ilkin dövrlərdə Çinə illik 5 milyard kubmetr qaz satmağa başlayacaq. Bundan sonra həmin həcm 38 milyard kubmetrə qədər qalxacaq. Layihə 30 il üçün nəzərdə tutulub. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR