İtlərlə dostlaşıb qoyunları oğurladı

İtlərlə dostlaşıb qoyunları oğurladı
12:22 16 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Füzuli rayonunda mal-qara oğurluğu ilə məşğul olan dəstə tutulub.

Milli.Az Report-a istinadən bildirir ki, rayon sakini əvvəllər çoban işlədiyi fermanın xırdabuynuzlu davarını oğurlayıb.

Füzuli rayonu, 6-cı Qayıdış qəsəbəsində yerləşən, Fikrət Bayandur oğlu Zamanova məxsus fermadan bütün xırdabuynuzlu heyvanlar oğurlanıb. F.Bayramov ona məxsus olan fermadan heyvanların oğurlanması barədə Füzuli Rayon Polis Pöbəsinə (RPŞ) rəsmi müraciət edərək bildirib ki, fərdi təssərrüfatından 147 baş qoyun, 7 baş keçi oğurlanıb. 

Füzuli RPŞ-dən "Report"a bildirilib ki, şöbənin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərı zamanı fermadan oğurluğu Xocavənd rayon sakini, 35 yaşlı Qədir Xıdır oğlu Sarıyev və onun tanışı, Ağcabədi rayon sakini, 22 yaşlı Anar Misirxan oğlu Alızadənin etdiyi məlum olub: "Həmin şəxslər Ağdam rayonu ərazisində aşkar edilərək şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri əməli etiraf edib. Məlum olub ki, Qədir Sarıyev bir neçə il öncə həmin fermada çoban işləyib və fermanın itlərinin onu tanımasından istifadə edərək bu cinayət əməlini törədib".
Faktla bağlı Füzuli RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR