Tonlarla "pul"u məhv elədilər

Tonlarla "pul"u məhv elədilər
12:32 16 Yanvar 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda polis orqanları tərəfindən 2015-ci ildə narkotik vasitələrlə bağlı aşkarlanan 2935 cinayət faktı üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən ümumilikdə 810,5 kq narkotik vasitə götürülüb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2015-ci illə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda əksini tapıb. 

Aşkar olunmuş narkotik vasitələr  575,4 kq (70,9 faiz) marixuana, 138,7 kq (17,1 faiz) tiryək, 38,7 kq (4,8 faiz) heroin, 15,9 kq (1,9 faiz) həşiş, 41,9 kq ( 5,1 faiz) digərləri, 369,4 qr psixotrop maddələrdən ibarət olub. Bu da 2014-cü illə müqayisədə 137 kq çoxdur. 
 
Aşkar olunmuş 2935 cinayət faktının 920-si əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər tərəfindən törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 179,6 kq müxtəlif növ narkotik vasitələr götürülüb. Cinayətlərin 96-sı qrup şəklində törədilib, onlardan 251,5 kq narkotik vasitə götürülüb. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə əlaqədar 19 fakt aşkar edilib və bu faktlar üzrə qanunsuz dövriyyədən 95,6 kq müxtəlif növ narkotik vasitələr çıxarılıb. 
 
Polis orqanları tərəfindən narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası ilə əlaqədar 2015-ci ildə 193 fakt aşkarlanıb. Bu faktlar üzrə 17,8 hektar sahədə çəkisi 6 ton 423 kq olan 12 min 689 ədəd çətənə bitkisi aşkar edilib və müvafiq tədbirlər görülməsi üçün istintaq orqanlarına təhvil verilib. Bununla yanaşı. Yabanı halda bitmiş 233,3 hektar 56,1 sot sahədən çəkisi 138 ton 813 kq olan 339 min 910 ədəd çətənə və 76,3 hektar sahədən çəkisi 28 ton 465 kq olan 62 min 304 ədəd xaşxaş bitkiləri aşkar edilərək məhv edlib.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/398499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR