"Qarabağ"dan sürpriz transfer

"Qarabağ"dan sürpriz transfer
12:37 16 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" qış fasiləsində növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın gənc qolkiperi Şahruddin Məhəmmədəliyev "kimyaçılar"la müqaviləsini qarşılıqlı şəkildə ləğv edib. 

Artıq Şahruddinin yeni komandası da məlumdur. Belə ki, qolkiper "Qarabağ"la razılaşıb. Məhəmmədəliyevin sabah Ağdam təmsilçisinin Antalyadakı təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev həm də 21 yaşlılardan ibarət millimizin üzvüdür.(sportal.az)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR