FİFA tərəfindən transfer qadağasına məruz qalan "Real" ona verilən az vaxtdan səmərəli istifadə etməyə çalışır. "Kral klubu" heyətini 18 yaşlı yarımmüdafiəçi Rodriqo Bentenkur ilə gücləndirməyə yaxındır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi "Yuventus"un da maraqlandığı uruqvaylı futbolçuya görə 15 milyon avro ödəməyə hazırdır.
Bentenkurun transferi həyata keçəndən sonra "Real" onu hazırki klubu "Boka Xuniors"da 2017-ci ilin yayına kimi icarədə saxlayacaq. FİFA-nın transfer qadağası bu mövsümün sonundan qüvvəyə minəcək. "Blancos" artıq bu qərardan apellyasiya şikayəti təqdim edib.
Milli.Az