Ramil Usubovun rəhbərliyi ilə Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib

Ramil Usubovun rəhbərliyi ilə Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib
12:42 16 Yanvar 2016
89 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib.
"Report" xəbər verir ki, 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan müşavirəyə daxili işlər naziri, general-polkovnik Ramil Usubov rəhbərlik edib.
Müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun hesabatı dinlənilib. İdarə rəisi ötən il görülən işlər, həyata keçirilən tədbirlər, ölkədə yol hərəkəti təhlükəsizliyin təmin olunması üçün atılan addımlar barədə məlumat verib.
İclasda 2016-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR