Gündüz külək güclənəcək

Gündüz külək güclənəcək
12:52 16 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR