Almeydanın yeni komandası bəlli oldu

Almeydanın yeni komandası bəlli oldu
12:57 16 Yanvar 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın keçmiş futbolçusu Üqo Almeyda karyerasını Bundesliqada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu "Hannover"lə müqavilə imzalayıb. Müqaviləyə görə, Almeyda 2017-ci ilin yayına kimi "Hannover"in uğurları üçün çalışmalıdır. Onun kluba dəvət almasında baş məşqçi Tomas Şaaf xüsusi rol oynayıb. Alman mütəxəssis "Verder"dən tanıdığı forvarda etimad göstərməyə qərar verib.

Qeyd edək ki, Almeyda karyerası ərzində "Portu", "Verder", "Beşiktaş" və "Çezena" kimi klublarda oynayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR